Tibbi nümayəndə fəaliyyətini
tam nəzarətdə saxlayın.
GettoVisit həkim və klinika görüşlərini planlamağa, tibbi nümayəndələrin fəaliyyətini izləməyə və komanda performansını ölçməyə kömək edir.
- Saatlıq görüş planlaması
- GPS əsaslı görüş təsdiqi
- Rol əsaslı hesabatlar
Bugünkü həkim görüşləri
Aysel Məmmədova- 10:00Dr. Nigar HüseynovaBakı Sağlamlıq Mərkəzi
- 12:00Dr. Rauf QuliyevCentral Clinic
- 15:30Dr. Elnur QasımovZəfəran Klinika
- 16:30Dr. Rəşad MirzəyevMərkəzi Klinik XəstəxanaPlan
Görüş icrası
6 / 8 tamamlanıb
Plan / tamamlanan
Günlük marşrut
4 klinika · 12,4 kmAysel Məmmədova
Nərimanov · Tibbi nümayəndə
Canlı fəaliyyət
Aysel Məmmədova Dr. Nigar Hüseynova ilə görüşü tamamladı.
10:47 · Bakı Sağlamlıq Mərkəzi
Ərazi fəaliyyətini idarə olunan prosesə çevirin.
GettoVisit sahə fəaliyyətini şəffaf, ölçülə bilən və idarə olunan prosesə çevirir.
Nümayəndə
Komanda strukturu vahid sistemdə.
Tibbi nümayəndələr, bölgə müdirləri və menecerlər — hər kəs öz ərazisi, cədvəli və hədəfləri ilə bir platformada.
Görüş
Planlama, izləmə və status idarəetməsi.
Həkim və klinika görüşləri saatlıq planlaşdırılır, GPS ilə təsdiqlənir və status üzrə real vaxtda izlənir.
Hesabat
Real vaxtda performans və nəticələr.
Məhsul, nümayəndə, həkim və bölgə üzrə hesabatlar plan-vs-fakt göstəriciləri ilə avtomatik formalaşır.
Bütün əsas məlumatlar vahid platformada.
Sahə fəaliyyətinin hər mərhələsi — bazadan hesabata qədər — bir sistemdə birləşir.
Baza idarəetməsi
Tibbi nümayəndələr, həkimlər, klinikalar və məhsullar vahid, əlaqəli məlumat bazasında saxlanılır.
Görüş qeydiyyatı
Görüşün yaradılması, statusu, qeydləri və nəticəsi bir kartda — hər görüş izlənə bilən qeydə çevrilir.
GPS izləmə
GPS əsaslı check-in, nümayəndə marşrutunun izlənməsi və klinikaya yaxınlıq vizualı ilə görüş yerində təsdiqlənir.
Hesabatlar
Məhsul və nümayəndə üzrə hesabatlar, performans göstəriciləri və plan-vs-fakt müqayisələri.
Görüş tarixçəsi
Hər həkim üçün bütün görüşlərin xronologiyası, keçmiş qeydlər və növbəti planlaşdırılmış görüş.
Menecer dashboardu
Komanda fəaliyyətinə ümumi baxış, görüş statusları, plan icrası, ərazi və nümayəndə performansı.
GettoVisit ilə iş axını
Üç sadə mərhələ: planlaşdırın, izləyin, qiymətləndirin.
Planlaşdırın
Həkimləri, klinikaları, məhsulları və görüş planını sistemə daxil edin.
İzləyin
Nümayəndələrin görüşlərini, statuslarını və marşrutlarını real vaxtda izləyin.
Qiymətləndirin
Hesabatlar və dashboard vasitəsilə komanda performansını ölçün.
Gündəlik görüş planını sadə, çevik və nəzarətli şəkildə idarə edin.
Nümayəndə öz cədvəlini qurur, menecer öncədən görüş təyin edir, sistem iş saatı qaydalarını tətbiq edir. Görüş bloklarını sürükləyib başqa vaxta keçirməyi sınayın.
Aysel Məmmədova — həftəlik plan
21–25 sentyabr 2026 · Nərimanov ərazisi
B.e.
21 sen
Ç.a.
22 sen
Ç.
23 sen
C.a.
24 sen
C.
25 sen
Dr. Nigar Hüseynova
Dr. Türkan Məlikova
Dr. Rauf Quliyev
Dr. Gültəkin Salmanova
Dr. Fuad Kazımov
Central Clinic
Dr. Elçin Bağırov
Dəyirmi Masa
Tədbir
Kardiologiya konfransı
Dr. Elnur Qasımov
Dr. Rəşad Mirzəyev
Dr. Nigar Hüseynova
Dr. Nigar Hüseynova
Dr. Fuad Kazımov
Central Clinic
Dr. Rəşad Mirzəyev
İş saatı qaydaları
09:00–18:00 aralığından kənar slotlar ştrixlənir. Bu vaxta düşən görüşlər avtomatik işarələnir və təsdiq tələb edir.
Öncədən təyin olunmuş görüşlər
Bölgə müdiri tərəfindən təyin edilən görüşlər kilidlidir — nümayəndə onları dəyişdirə bilməz, ətrafında öz cədvəlini qurur.
Xüsusi görüşlər
Yemək, çay / kofe və fərdi həkim görüşləri fərqli rənglə göstərilir və hesabatlarda ayrıca sayılır.
Rəng izahı
- Tamamlanıb
- Planlaşdırılıb
- Buraxılıb / iş saatından kənar
- Yemək görüşü
- Çay / kofe görüşü
- Fərdi həkim görüşü
- Dəyirmi Masa — Tədbir
Hər rol lazım olan səviyyədə məlumat və hesabat görür.
Nümayəndə öz işinə fokuslanır, bölgə müdiri komandasını idarə edir, menecer bütün şirkəti görür.
Adi Tibbi Nümayəndə
Öz fəaliyyəti
Öz gündəlik cədvəlini qurur, təyin edilmiş həkim və klinikalardan seçim edir, görüş qeydlərini və nəticələrini daxil edir.
Bölgə Müdiri
Komanda üzrə ümumi və fərdi nəticələr
Bölgəsindəki nümayəndələrin planlarını təsdiqləyir, görüş təyin edir, komanda və fərdi performans hesabatlarını görür.
Menecer / Administrator
Bütün şirkət
Bütün bölgələr, məhsullar və komandalar üzrə icmal dashboard, iş saatı qaydaları, rollar və sistem tənzimləmələri.
| İmkan | Adi Tibbi Nümayəndə | Bölgə Müdiri | Menecer / Administrator |
|---|---|---|---|
| Öz cədvəlini qurmaq | |||
| Görüş qeydləri və nəticə daxil etmək | |||
| Həkim üzrə görüş tarixçəsi | Yalnız öz həkimləri | ||
| Komandaya görüş təyin etmək | |||
| Komanda performans hesabatı | |||
| Canlı xəritə — bölgə üzrə | |||
| Məhsul üzrə şirkət hesabatı | Yalnız öz həkimləri | ||
| İş saatı qaydaları və rollar |
Şirkətinizin iş modelinə uyğunlaşdırın.
Konfiqurasiya edilə bilən modullar əsas platformanın üzərində işləyir və cədvəl, dashboard və hesabatlarda ayrıca görünür.
Dəyirmi Masa
Sadəcə görüş deyil — nümayəndənin gün statusunu göstərən xüsusi planlama növü. Cədvəldə günü bloklayır, dashboardda və hesabatlarda ayrıca sayılır.
İcazə
Nərmin Cəfərova
Ezamiyyət
Kənan Səfərov · Gəncə
Tədbir
Anar Hüseynli · Konfrans
Digər gün statusları
Konfiqurasiya edilə bilər
Xüsusi görüşlər
Standart görüşlərdən fərqli formatlar ayrıca növ kimi yaradılır, cədvəldə fərqli rənglə göstərilir və xüsusi görüşlər hesabatında ayrıca hesabatlandırılır.
Yemək görüşü
38
Çay / kofe görüşü
64
Fərdi həkim görüşü
51
Bu ay üzrə xüsusi görüş sayı · komanda
İş saatı qaydaları
Şirkət üzrə və ya bölgə üzrə iş saatı aralığı təyin edilir. Aralıqdan kənar görüşlər məhdudlaşdırılır, işarələnir və təsdiq axınına düşür.
- Aralıq daxilində görüş — sərbəst planlanır
- Aralıqdan kənar — bölgə müdirinin təsdiqi tələb olunur
- Qadağan rejimi — görüş yaradıla bilmir
Görüşləriniz sadəcə qeydə alınmasın.
Ölçülsün, izlənilsin və nəticəyə çevrilsin.
İnteraktiv demo mühitində menecer dashboardunu, cədvəli, canlı xəritəni və hesabatları özünüz sınayın.